Advertisement

15 yaşlı qız itkin düşüb

Bakı. Trend:

Bakıda 15 yaşlı qız itkin düşüb.

Trend xəbər verir ki, 2009-cu il təvəllüdlü A.M. Nizami
rayonunda nənəsi ilə birgə yaşadığı evdən iyunun 8-də çıxıb və bir
daha geri qayıtmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində
əməliyyat-axtarış tədbirləri davam etdirilir.