Advertisement

Azərbaycandan İtaliyaya qaz tədarükləri artıb

Bakı. Trend:

İtaliya Azərbaycandan təbii qaz idxalını illik hesablamada 2,6
faiz artırıb.

Bu barədə Trend-ə Avropa İttifaqının statistika agentliyi olan
“Eurostat”dan bildiriblər.

2024-cü ilin mart ayında İtaliya Azərbaycandan 485,1 milyon
kubmetr qaz idxal edib, 2023-cü ilin mart ayında isə bu göstərici
473 milyon kubmetr olub.

İdxalın həcmi artsa da, dəyəri nəzərəçarpan dərəcədə azalıb.
2023-cü ilin mart ayında idxalın dəyəri 486 milyon avro olduğu
halda, 2024-cü ilin mart ayında bu rəqəm 254,2 milyon avroya düşüb
ki, bu da təqribən 47,7 faiz azalma deməkdir.

2023-cü ildə İtaliya Azərbaycandan ümumilikdə 4,97 milyard avro
dəyərində 9,3 milyard kubmetr qaz idxal edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının
Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz
vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə
Avropa ölkələrinə nəql olunur.

Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən
əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı
gözlənilir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə
tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20
milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)