Bakı. Trend:
Bakıda mənzildən 7500 manatlıq oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, iyunun 10-da Binəqədi rayonu ərazisindəki evlərin
birindən 2000 manat pul və 5500 manat dəyərində qızıl-zinət
əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli
bilinən S.Quliyeva müəyyən olunaraq saxlanılıb. Onun dələduzluq
yolu ilə digər bir qadının 2500 manat dəyərində qızıl-zinət
əşyalarını alması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.





























