Advertisement

Makronun reytinqi rekord dərəcədə aşağı düşüb

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədə
aşağı düşüb.

Trend “Elabe”
sosioloji xidmətinin tədqiqat məlumatlarına istinadən xəbər verir
ki, bugünədək sorğuda iştirak edən fransalıların cəmi 24 faizi öz
liderlərinə “ölkənin qarşısında duran problemlərin səmərəli
həllində” etibar edir.

Makron, həmçinin, öz elektoratının etimadını itirməyə başlayıb –
sorğuda iştirak edənlər arasında prezidentin reytinqi 3 faiz
azalıb.

Qeyd etmək lazımdır ki, Makronun 2022-ci ildə ikinci
prezidentlik müddətinin əvvəlindən reytinqi ən aşağı səviyyəyə
düşüb. Bu, həm də onun 2017-ci ildə seçilməyindən sonra (2018-ci
ilin dekabrında 23 faiz) ikinci ən aşağı göstərici olub.

Eyni zamanda, qeyd olunur ki, Qabriel Attalın baş nazir postunda
fəaliyyətini sorğuda iştirak edənlərin 29 faizi təqdir edir ki, bu
da ötən ayla müqayisədə 4 faiz azdır.

Xatırladaq ki, iyunun 9-da Fransa prezidenti ölkə parlamentinin
buraxılması və vaxtından əvvəl seçkilərin keçirilməsi barədə qərar
qəbul edib

“Növbədənkənar parlament seçkilərinə çağırıram. Birinci tur
iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş keçiriləcək”, – Makron
Fransa xalqına müraciətində deyib.

Bununla da Makron partiyasının Avropa Parlamentinə seçkilərdəki
ciddi məğlubiyyətini qəbul edib. Qeyd edək ki, Makronun partiyası
Avropa Parlamentinə seçkilərdə səslərin 15,4 faizini toplayıb. Bu
isə səslərin 32 faizini toplamış müxalif sağçı “Milli birlik”
partiyasının səslərindən iki dəfə azdır.

Daha sonra xarici KİV parlament seçkilərində sağçılar qələbə
qazanacağı təqdirdə Fransa prezidenti Emmanuel Makronun istefaya
gedəcəyi barədə məlumat yayıb. Lakin Fransa prezidentinin
administrasiyası bu məlumatları təkzib edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun