Advertisement

FİFA reytinqi açıqlanıb: Azərbaycan 1 pillə irəliləyib

Bakı. Trend:

FİFA qadın futbolçulardan ibarət milli komandaların reytinq
siyahısını açıqlayıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, Azərbaycan millisi 75-ci yerdə
qərarlaşıb.

Yığmamızın hesabında 1321,84 xal var. Siyasət Əsgərovun
yetirmələri ötən reytinqlə müqayisədə 1 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ 2099,89 xalla İspaniya başçılıq edir.