
Bakı. Trend:
Yaz mövsümü ilə əlaqədar insanların immun sistemində müəyyən
təbii dəyişikllikər baş verir. Belə ki, infeksiyaların yayılması
insanların yoluxmasına və xəstələnmə hallarına səbəb olur. İlk
növbədə hava-damcı yolu ilə yayılan qrip və digər respirator virus
infeksiyalarına yoluxma hallarına daha çox rast gəlinir. Hərarəti
yüksək olan, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri,
yəni asqıraq, öskürək, burunaxma və ya burun tutulması, boğaz
ağrısı müşahidə edilənlər təmasda olduğu digər şəxsləri
yoluxdurmamaq üçün gigiyenik vasitələrdən istifadə
etməlidirlər.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn
Novruz Bayramı ilə əlaqədar qeyri-iş və istirahət günlərində
əhalinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının
alınması məqsədilə insanların sıx toplaşdığı məkanlarda tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən istifadə, ümumi gigiyena
tələbləri, habelə digər profilaktik qaydalara riayət olunmasını
tövsiyə edir. Eyni zamanda, ilin bu mövsümündə orqanizmin immun
sisteminin gücləndirilməsi məqdəsilə gündəlik qidalanma rejiminə
vitamin və minerallarla zəngin məhsulların daxil edilməsi
vacibdir.
Unutmayaq ki, sağlamlığımız öz əlimizdədir. Hər bir vətəndaş
sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və
ətrafdakıları infeksiyalara yoluxmadan qorumalıdır”, – deyə
məlumatda qeyd edilib.





























