Advertisement

Məlumatların ehtiyat nüsxəsinin yaradılması nə üçün vacibdir?

Bakı. Trend:

Məlumatların ehtiyat nüsxəsinin yaradılması nə üçün
vacibdir?


Trend
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti
məlumat yayıb.

Məlumatlarınızın ehtiyat nüsxələrini yaratmaqla fayllarınızın
səhvən silinməsinə, eləcə də kibertəhdidlərə qarşı tədbir görmüş
olacaq, beləcə, təhlükəsizliyinizi təmin etmiş olacaqsınız.

Kiberhücumlardan müdafiə

“Ransomware” kiberhücumları zamanı məlumatların şifrlənməsi
prosesi baş verir və kiberdələduzun tələbləri yerinə yetirilmədiyi
müddətcə məlumatlar əlçatmaz olaraq qalır. Ehtiyat nüsxələr isə bu
zərəri minimuma endirmək üçün bərpa edə biləcəyiniz təmiz surəti
təmin edir.

Səhvən silinmə

Bəzən insan səhvi mühüm faylların silinməsinə səbəb olur. Həmin
faylları tez bir zamanda bərpa etmək üçün isə ehtiyat nüsxələr
köməyə çata bilər.

Təhlükəsizlik insidentlərinə çevik cavab

Ehtiyat nüsxələr zərərli proqramlardan və digər təhlükəsizlik
pozuntularından təmiz bir mühit təmin edərək zəruri hallarda bütün
sistemi bərpa etmək üçün istifadə oluna bilər.