Advertisement

ATU-nun Tədris Terapevtik Klinikasına direktor təyin edildi

Bakı. Trend:

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik
Klinikasına direktor təyinatı olub.

Trend xəbər verir ki, klinikaya direktor vəzifəsinə
universitetin I Daxili xəstəliklər kafedrasının müdiri, professor
Vəsadət Əzizov təyin olunub.

Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray
Gəraybəyli təqdim edib.