Advertisement

Avro-2024 Almaniyaya 1 milyard dollar gəlir gətirə bilər

Bakı. Trend:

Avro-2024-ə ev sahibliyi Almaniyaya böyük məbləğdə gəlir gətirə
bilər.

Trend xarici mətbuata istinadən xəbər verir ki, qitə
çempionatının ölkəyə 1 milyard ABŞ dolları qazandıracağı
proqnozlaşdırılır. Burada əsas amil kimi Almaniyaya turist axınının
artması göstərilib.

Qeyd edək ki, Avropa çempionatına Almaniyanın 10 şəhəri ev
sahibliyi edəcək. Açılış matçı Almaniya və Şotlandiya yığmaları
arasında olacaq. Münhen şəhərində yerləşən “Alyants Arena”da
keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.