Bakı. Trend:
Bayram günlərində Azərbaycanda fəaliyyət göstərəcək bank, poçt
və valyuta dəyişmə məntəqələri açıqlanıb.
Trend Azərbaycan Mərkəzi
Bankına istinadən xəbər verir ki, 15–19 iyun tarixlərində, qeyri-iş
günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri,
habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.
“Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə
vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış
imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 158
satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat
rejimində olmaqla), “Azərpoçt” MMC-nin 72 şöbəsi, valyuta
mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o
cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət
göstərəcək”- AMB-dən bildirilib.
Bayram günlərində fəaliyyət göstərəcək bank
filialları, poçt və valyuta mübadilə məntəqələri ilə aşağıdakı
linklərdən tanış olmaq olar.





























