Advertisement

Xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində sənəd qəbulunun müddəti uzadıldı

Bakı. Trend:

2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı
illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən xəbərə görə,
portal.edu.az üzərindən ərizəsini təsdiqləyə bilməyən namizədlər
üçün sənəd qəbulu iyunun 20-dək davam edəcək.

Qəbul zamanı namizədlər tərəfindən Dövlət Proqramına təqdim
edilən sənədlərdə ÜOMG (magistratura səviyyəsi üzrə) və ya BTP
(Beynəlxalq Təhsil Proqramı) nəticələri şərt olaraq qoyulduğu
təqdirdə, müraciətçilərin sənədlərinə Dövlət Proqramı çərçivəsində
baxılacaq.