Advertisement

Türkiyədə yanğınsöndürən amfibiya təyyarəsi gölə düşüb batdı

Bakı. Trend:

Türkiyədə amfibiya yanğınsöndürən təyyarə gölə düşərək
batıb.

Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Aydın bölgəsində baş verib. Meşə
yanğınlarının söndürülməsində iştirak edən təyyarə Bafa gölünə sərt
eniş edib və batmağa başlayıb.

Ekipaj üzvləri xilas edilib.