Advertisement

Rusiya heç kimin arxasınca qaçmayacaq – Lavrov

Bakı. Trend:

Rusiya Ukraynadakı vəziyyətin tənzimlənməsinə dair təklifdən
sonra heç bir ölkənin arxasınca qaçmayacaq.

Trend xəbər
verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov
jurnalistlərə deyib.

Onun sözlərinə görə, Moskva Rusiya tərəfinin təklifinə cavab
reaksiyalarını gözləyəcək.

“Xarici İşlər Nazirliyinin roluna gəlincə, biz heç kimin
arxasınca qaçmaq fikrində deyilik. Səfirlərimiz müvafiq
paytaxtlarda prezident Vladimir Putinin çıxışının mətnini ətraflı
şəkildə çatdıracaq, əlavə olaraq nəyin nəzərdə tutulduğunu, bütün
bu vəziyyətin fonunu izah edəcəklər və bundan sonra reaksiyaları
gözləyəcəyik”, – Lavrov deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun