Advertisement

Mask minlərlə robotu işə salır

Bakı. Trend:

“Tesla” elektrik avtomobili fabriklərində minlərlə insanabənzər
“Optimus” robotu işləyəcək.

Trend xəbər verir ki, bunu
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask bəyan edib.

O hesab edir ki, insanabənzər robotların hərəkət səviyyəsi
tezliklə əhəmiyyətli dərəcədə arta biləcək. Belə ki, onlara şifahi
tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək, onlardan da bunu
tələb etmək kifayət edəcək.

Qeyd edək ki, “Tesla” gələn il insanabənzər “Optimus”
robotlarının satışına başlayacaq. “Optimus” obyektləri qüsursuz
şəkildə ayırmaq və əşyaları rənglərinə görə tam avtonom şəkildə
çeşidləmək qabiliyyətinə malikdir. Robot 5-10 il ərzində
mükəmməlləşəcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq.