
Bakı. Trend:
Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək fikrində
deyil, heç Ukrayna da yaxın gələcəkdə bunu görməyəcək.
Trend xəbər
verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini
Dmitri Medvedev “Rosiyskaya Qazeta”da dərc olunan məqaləsində
deyib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan arasındakı dostluq
çoxdandır ki, Vaşinqton və onun müttəfiqlərinin “gözünə batır”.
ABŞ, Aİ və NATO-nun emissarları tez-tez Ermənistanda qonaq olur və
boş vədlər verirlər. Qərb Ermənistanın Aİ-yə üzvlüyünü isə tam
loyallıq müqabilində təklif edir.
“Lakin aldanmağa dəyməz: bu cür vədlər sadəcə neokolonial “siçan
tələsində” yemdir. Heç kim “seçilmişlər klubu”nun qapılarını erməni
xalqının üzünə açmaq fikrində deyil”, – Medvedev qeyd edib.





























