Advertisement

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı. Trend:
Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik
avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.

Trend xəbər verir
ki, qəza saat 17 radələrində Ələt-Astara yolunun rayonun Qalalı
kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində
xəsarət alan iki nəfər – İbrahimov Həbib və Zülfüqarov Rövşən
Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı
araşdırma aparılır.