Bakı. Trend:
Bakıda 18 yaşlı gənc qətlə yetirilib.
Trend xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğunun
məlumatında deyilir.
Bildirilib ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində
2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun
Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı
bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq
istintaq aparılır. Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində
tutulub.

























