Advertisement

Biz “bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq – Türkiyə XİN

Bakı. Trend:

“Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə
olacağıq.

Trend xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər
Nazirliyinin (XİN) Milli Qurtuluş Günü münasibətilə yayımladığı
təbrik mesajında yer alıb.

Nazirliyin rəsmi “X” sosial media hesabında yayımlanan mesajda
deyilir: “Can Azərbaycanın Milli Qurtuluş Günü və əbədi
qardaşlığımızı müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa
Bəyannaməsinin üçüncü ildönümü mübarək!”

Qeyd edək ki, bu gün Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.
Bu gün 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci
ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.