Advertisement

Axtarışda olan 91 nəfər saxlanılıb

Bakı. Trend:

İyunun 14-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən
bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 91, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.