Advertisement

Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir – Attila Tilki

Şuşa. Trend:

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bir yerə
toplaşmağımız qürurvericidir. Dost ölkədə olmağımdan çox şadam.

Trend xəbər verir ki, bunu Fides-Macar Vətəndaş İttifaqı
Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq
qrupunun rəhbəri Attila Tilki “Türk Dövlətləri Təşkilatı: geosiyasi
reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə
doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans
çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti:
partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada
deyib.

O qeyd edib ki, Macarıstan kimi Azərbaycana da Avropa İttifaqı
tərəfindən ikili standartlar tətbiq olunur: “Ədalətdən, hüquqdan
ağızdolusu danışan bir qurumun bu hərəkəti yolverilməzdir”.

Ölkəsində keçirilən seçki prosesi barədə məlumat verən A.Tilki
seçkilərdə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan
miqrantların səsverməsinə imkan yaratdıqlarını bildirib. Təəssüflə
qeyd edib ki, Avropa İttifaqı buna görə Macarıstanı cəzalandırıb və
təzminat tələb edib.

Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq və bərpa
işlərinin, yenidən qurulan infrastrukturun göz oxşadığını
vurğulayıb.