
Bakı. Trend:
Xankəndidə silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
martın 18-də Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı
avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara
alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı
patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq
götürülüb.





























