Advertisement

“Sədərək” ticarət mərkəzində yanğın olub

Bakı. Trend:

“Sədərək” ticarət mərkəzində yanğın olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin
ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının
qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi
200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m²
sahədə dam örtüyü yanıb.

Anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.