Advertisement

SOCAR-ın vitse-prezidenti Sabancı Universitetinin rektoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

14 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin
Sabancı Universitetinin rektoru Yusuf Leblebici ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə SOCAR-ın insan kapitalının
inkişafına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə müxtəlif
layihələr həyata keçirdiyini bildirən vitse-prezident Ziba
Mustafayeva xüsusilə təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra
səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.

Ziba Mustafayeva BANM-in fəaliyyətindən, ali məktəbin əldə
etdiyi yüksək nailiyyətlərdən bəhs edib.

Görüşdə iştirak edən BANM-in rektoru Elmar Qasımov bu günlərdə
Sabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərliyi ilə
nümayəndə heyətinin ali məktəbdə olduğunu və tərəflər arasında
əməkdaşlığın uğurla davam etdirildiyini deyib.

Sabancı Universitetinin rektoru Yusuf Leblebici görüşə görə
minnətdarlığını bildirərək hazırda “SOCAR Türkiyə” və Sabancı
Universitetinin hidrogen layihəsi üzərində birgə çalışdığını qeyd
edib, əməkdaşlıqdan məmnunluqlarını söyləyib. Rektor tərəflər
arasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “SOCAR Enerji
Məktəbi”nin uğurlarından bəhs edib.