Bakı. Trend:
ABŞ-ın Miçiqan ştatında atışma nəticəsində ən azı doqquz nəfər
yaralanıb.
Trend xəbər verir ki, hadisə Roçester-Hills şəhərində baş
verib.
Şübhəli şəxs təxminən 28 dəfə atəş açıb. Polisin məlumatına
görə, şübhəli şəxs hadisə yerinin yaxınlığında saxlanılıb.
Atışmanın səbəbi barədə məlumat yoxdur.





























