Bakı. Trend:
Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv
edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının
“Xaş-xaş 2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə
rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4
950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

























