Advertisement

Təzə Pir məscidində bayram namazı qılındı

Bakı. Trend:

Bakıda Təzə Pir məscidində Qurban bayramı münasibətilə bayram
namazı qılınıb.

Trend xəbər verir ki, Azərbaycanda Qurban bayramı iyunun 28-i və
29-u qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Qurban
bayramı ilə bağlı fətvasında bildirilib ki, AMEA Şamaxı Astrofizika
Rəsədxanasının 2024-cü il hesablamalarına əsasən, Azərbaycan
üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı
Zilhiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf
edir.

Nazirlər Kabinetinin “2024-ci il üçün Novruz, Ramazan və Qurban
bayramları günlərinin müəyyən edilməsi haqqında” 9 dekabr 2023-cü
il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı
günləri müəyyən edilib.

Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3
gün davam edə bilər.