Advertisement

İsrail Qəzza zolağının cənubunda hərbi əməliyyatları dayandırıb

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağının cənubundakı döyüşlərdə taktiki
fasilə verildiyini açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə “АВС” televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hərbçilər bildiriblər ki, Rafah bölgəsində
fasilə hər gün yerli vaxtla səhər saat 8-dən axşam saat 7-yə qədər
növbəti xəbərdarlığa qədər qüvvədə olacaq.

Fasilə verilməsində məqsəd humanitar yardım daşıyan yük
maşınlarının “Kerem-Şalom” keçid məntəqəsindən keçməsini təmin
etməkdir.

Qeyd olunub ki, İsrail tərəfi BMT və beynəlxalq yardım
agentlikləri ilə fasilənin tətbiqi ilə bağlı razılığa gəlib.