Advertisement

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub

Bakı. Trend:

İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin
bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan
Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə
tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab
tədbirləri görülüb.