Bakı. Trend:
İyunun 16-sı saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən
yağmursuz keçib.
Bu barədə Trend-ə
Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, havanın maksimal temperaturu Bakıda və Abşeron
yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 35, dağlıq
rayonlarda 26 dərəcəyədək isti olub.





























