Advertisement

Aİ COP29-da uğurlu nəticələrə nail olmaq üçün Azərbaycan əməkdaşlığı səbirsizlikə gözləyir

Bakı. Trend:

Aİ COP29-da uğurlu nəticələrə nail olmaq üçün Azərbaycanla
əməkdaşlığı səbirsizliklə gözləyir.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının
“yaşıl diplomatiya” ilə bağlı nəticələrində qeyd edilib.

“Şura Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Dubayda BMT-nin İqlim
Dəyişikliyi Konfransına (COP28) ev sahibliyi etdiyinə görə təşəkkür
edir və BƏƏ konsensusunun qəbulunu alqışlayır. Aİ COP29 və COP30-la
bağlı uğurlu və iddialı nəticələrə nail olmaq üçün bütün
tərəfdaşlarla, o cümlədən, “üçlük”lə – Birləşmiş Ərəb Əmirlikləri
və gələcək COP sədrləri – Azərbaycan və Braziliya ilə işləməyi
səbirsizliklə gözləyir.

Şura partnyorları tullantıları azaltmağın ən səmərəli və sərfəli
üsul kimi karbon qiymətlərinin müəyyən edilməsinə dair qlobal
yanaşmanın hazırlanmasında Aİ ilə işləməyə dəvət edir”, – deyə
əlavə olunub.