Advertisement

Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir – MN

Bakı. Trend:

Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki,
şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların
yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə
hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə
keçirilir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

“Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər,
ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı
məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilmişdir.

Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla
qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – deyə
nazirlik bildirib.