
Bakı. Trend:
Mətbuat konfransında festivalın təsisçisi və direktoru,
Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli festivalın proqramı və
iştirakçıları haqqında ətraflı danışıb, tədbirin bütün
tərəfdaşlarına və sponsorlarına təşəkkürünü bildirib.
Trend xəbər verir
ki, iyunun 16-da üçüncü Bakı Piano Festivalı Rebeka Orteqanın
flamenko konserti ilə başlayır və tam iki həftə ərzində bakılılar
və şəhərin qonaqları üçün müxtəlif ölkələrin virtuozlarının
müxtəlif musiqi konsertləri proqramı təqdim olunacaq.
Üçüncü Bakı Piano Festivalı öz tamaşaçılarını təkcə rəngarəng
musiqi proqramı ilə deyil, həm də film nümayişləri, bədii
tədbirlər, teatr tamaşaları və ədəbi müsabiqə ilə təqdim edəcək.
Gənc istedadların “We are the future” adlı konserti xüsusi qeyd
olunur.
Mətbuat konfransında Braziliyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Manuel Monteneqro, Latviyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Edqars Skuja, Fransanın
Azərbaycandakı səfirliyinin nümayəndəsi Şarl Denye çıxış edərək,
ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında artım olduğunu
qeyd ediblər. və öz ölkələrindən olan festival iştirakçıları
haqqında ətraflı danışıblar.
Bakı Piano Festivalı təkcə virtuoz pianoçuların sehri deyil, həm
də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa
bilər: klassik musiqidən tutmuş Braziliya sambasına və flamenkoya
qədər istənilən musiqisevər üçün əla seçimdir. Festival iyunun 29-u
daxil olmaqla davam edəcək.
Festivalın şüarı: May piano inspire you!
Haştaqlar: #bakupianofest #bakupianofestival
Festivalın veb saytı: https://bakupianofestival.com/
Biletlər:
https://iticket.az/ru/events/3rd-baku-international-piano-festival
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az





























