Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
Lənkəran-Lerik yolunun 23-cü kilometrliyində yerləşən istirahət
mərkəzinin ərazisində yeniyetmənin dərəyə yıxılaraq köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə
cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il
təvəllüdlü Ş.Məmmədlinin istirahət mərkəzinin ərazisində yıxılaraq
dərəyə düşdüyü və ağacdan asılı vəziyyətdə qaldığı müəyyən
edilib.
Xilasedicilər tərəfindən xüsusi alpinist ləvazimatlarının köməyi
ilə yeniyetmə dərədən çıxarılaraq ailəsinə təhvil verilib.

























