Bakı. Trend:
Moskva, Tehran və Bakının nümayəndələri Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə yeni işçi qrupun
yaradılması barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bu barədə Dağıstan hökumətinin Rusiya
Federasiyasının İrandakı ticarət nümayəndəliyindəki nümayəndəsi
Andrey Tanayev məlumat verib.
“Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri
arasında ekspertlər səviyyəsində üçtərəfli görüşümüz olub, gömrük
və sərhəd məntəqələrinə baxış keçirdik”, – deyə o bildirib.
Tanayev yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert
qrupunun iclasının “demək olar ki, on ildə ilk dəfə keçirildiyini”
vurğulayıb.



























