Advertisement

Bellingem İngiltərəyə 3 xal qazandırıb

Bakı. Trend:

Almaniyada keçirilən AVRO-2024 davam edir.

Trend İdman.biz
istinadən xəbər verir ki, çempionatın üçüncü günü Helzenkirhendə
yekunlaşıb.

Günün son matçında C qrupunun komandaları üz-üzə gəlib.
Favoritlərdən olan İngiltərənin Serbiya ilə oyununun taleyini 1 qol
həll edib. Cud Bellingem 13-cü dəqiqədə qələbə topunun müəllifi
olub.

Qeyd edək ki, C qrupunun digər görüşündə Sloveniya ilə Danimarka
heç-heçə oynayıb.

AVRO-2024
Qrup mərhələsi, I tur
16 iyun, C qrupu
23:00. Serbiya – İngiltərə – 0:1
Qol:
Cud Bellingem, 13
Baş hakim: Daniele Orsato (İtaliya)
Helzenkirhen. “Aufşalke Arena”