Advertisement

Ukrayna üzrə növbəti sülh sammiti noyabrda keçiriləcək

Bakı. Trend:

İsveçrənin xarici işlər naziri İqnatsio Kassis Ukrayna üzrə
növbəti sülh sammitinin ABŞ-dəki prezident seçkilərindən öncə
təşkil edilə biləcəyini bildirib.

Trend xəbər vrir ki, bu barədə “The Guardian” yazıb.

“İsveçrədə bu həftəsonu baş tutmuş danışıqların davamı olaraq
Ukraynada sülhə yol açmaq məqsədi daşıyan növbəti sammit noyabrda
ABŞ-də keçiriləcək prezident seçkilərdən öncə mümkün ola bilər”, –
qəzet XİN başçısından sitat gətirib.

Xatırladaq ki, bu həftəsonu İsveçrədə Ukraynanın təşəbbüsü ilə
ilk sülh sammiti baş tutub.