Advertisement

Joao Feliksə Türkiyədən təklif – Trend.Az

Bakı. Trend:

“Fənərbaxça” portuqaliyalı futbolçu Joao Feliksi transfer edə
bilər.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat
yayıb.

Komandanın yeni baş məşqçisi Joze Mourinyo həmyerlisini heyətə
cəlb olunmasını arzulayır. “Atletiko”ya məxsus Feliks son mövsümü
icarə əsasında “Barselona”da keçirib. “Fənərbaxça” onun icarə
olunması variantını nəzərdən keçirir.

Qeyd edək ki, 24 yaşlı hücumçu 2023/2024 mövsümündə 44 oyunda 10
qol və 6 ötürmə ilə yadda qalıb.