
Bakı. Trend:
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə
bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik tərkibli
bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş
Ələkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıb.
Ə.Məmmədəliyevin Padar, N.Abdullayevin isə Xaçmaz kəndindəki
meşə zolağında əkdikləri çətənə kolları, gübrə və digər qulluq
vasitələri polis əməkdaşları tərəfindən aşkar edilib.
Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki
qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfər
saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

























