Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycan ərazisindən keçən
nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 10 723,6 min ton
təşkil edib.
Trend bu barədə Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, yüklərin 4 848,8 min tonu və ya 45,2%-i dəmir
yolu nəqliyyatı, 3 383,7 min tonu və ya 31,6%-i avtomobil
nəqliyyatı, 2 491,1 min tonu və ya 23,2%-i dəniz nəqliyyatı ilə
daşınıb.
“Dəhlizlər vasitəsilə daşınmış yüklərin 59,7%-ni və ya 6 403,7
min tonunu tranzit yüklər təşkil edib”, – məlumatda qeyd
olunur.



























