Bakı. Trend:
Avropa İttifaqı Krım və Sevastopolun ilhaqına görə 2014-cü ildən
Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini 2025-ci il
iyunun 23-dək uzadıb.
Trend xəbər verir ki, bu
barədə qurumun saytı məlumat yayıb.
Rəsmi sənəddə qeyd olunub ki, sanksiyalar həmin ərazilərdə
istehsal olunan malların Avrozonaya idxalını, eləcə də Avropa
İttifaqına üzv ölkələrdən Krımın və Sevastopolun turizm sektoruna
sərmayə qoyulmasını qadağan edir. Bundan başqa, bu bölgələrdə
fəaliyyət göstərən şirkətlərə nəqliyyat, kommunikasiya, enerji,
neft-qaz hasilatı və kəşfiyyat sahəsində istifadə olunacaq
avadanlıqların satışı qadağan olunur.





























