Advertisement

Bakıda doqquzmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai
rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi
sahəsi 49,5 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx
mebeli və 3 ədəd məişət avadanlığı yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.