Advertisement

Paşinyanın fraksiyası Ermənistan parlamentinin iclasını pozub

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın “Mülki müqavilə”
fraksiyası parlamentin iclasında iştirak etməyib. Buna görə də
iclas baş tutmayıb.

Trend-in
məlumatına görə, müxalifət hökumətin istefasına çağırış edən
müraciət qəbul etməyi planlaşdırırdı.

“34 deputat qeydiyyatdan keçib, kvorum yoxdur”, – deyə
parlamentin spikeri Alen Simonyan bildirib. O əlavə edib ki, 4 saat
ərzində lazımi sayda səs toplanarsa, iclas davam etdiriləcək. 107
deputatdan ibarət parlamentdə Paşinyanın fraksiyasının 71 mandatı
var.