Bakı. Trend:
“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov “Dinamo”da çıxış
edəcək.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, o, bu gün tibbi müayinədən uğurla keçib.
32 yaşlı qolkiper Moskva klubu ilə “2+1” illik müqavilə
imzalayacaq. Lunyovun illik əmək haqqısı 900 min avro olacaq.
Qeyd edək ki, 2023/2024 mövsümünü “Qarabağ”da keçirən Andrey 43
oyunda komandanın qapısını qoruyub. O, Azərbaycan çempionu və
kuboku titullarını qazanıb.





























