Advertisement

Türkiyə səhralaşma ilə mübarizəyə öz töhfəsini verir – Ərdoğan

Bakı. Trend:

Son iki onillik ərzində Türkiyədə 7 milyard ting əkilib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
hər il iyunun 17-də qeyd olunan Ümumdünya Səhralaşma və Quraqlıqla
Mübarizə Günü münasibətilə müraciətində deyib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti “gələcək nəsillərə
yaşamağa daha yararlı Türkiyə ötürmək” üçün fəal səylərini davam
etdirəcək.

Dövlət başçısı Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə
Gününün yarana bu vəziyyətlə ilə mübarizəyə töhfə verəcəyinə
ümidvar olduğunu bildirdi.