Advertisement

Nigeriyalı hücumçu “Aston Villa”nın hədəfində

Bakı. Trend:

“Aston Villa” nigeriyalı forvardla güclənə bilər.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Birmingem klubu Keleçi İheanaçio ilə
maraqlanır.

27 yaşlı futbolçu hazırda sərbəst status daşıyır. O, 2017-ci
ildən çıxış etdiyi “Lester”i tərk edib. Onunla İngiltərə Premyer
Liqasının digər klubları da maraqlanır.

Qeyd edək ki, 2023/2024 mövsümündə İheanaço İngiltərə
Çempionşipdə 26 oyunda 6 qol vurub, 3 ötürmə edib. “Lester”
çempionatı 1-ci pillədə başa vuraraq, Premyer Liqaya vəsiqə
qazanıb.