Advertisement

Peruda 5,5 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Perunun şimalında 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi
Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 5700 nəfər əhalisi olan Barranka
şəhərindən 105 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı yerin 100 km
dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.