
Bakı. Trend:
COP29-da nə qədər ölkənin iştirak edəcəyi barədə indidən proqnoz
vermək tezdir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
Nazir müavini bildirib ki, təşkilati məsələlər və hazırlıqlar
vaxt cədvəlinə uyğun olaraq qaydasında gedir.
“Bütün işləri vaxtında çatdıracağıq”, – deyə o əlavə edib.
COP29 ərəfəsində quru sərhədlərinin açılması ilə bağlı məsələyə
münasibət bildirən nazir müavini bu məsələ ilə bağlı münasib
bildirməyin Nazirlər Kabinetinin səlahiyyətində olduğunu diqqətə
çatdırıb.
Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən
“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə
başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim
dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət
yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.
Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri
bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş
tutmuş sammitin uğuruna əsaslanacaq.
Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz
hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu
il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və
inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları
müzakirə etmək üçün bir araya gələcək.





























