Bakı. Trend:
Ekvadorun Banos şəhərində baş verən sel torpaq sürüşməsinə səbəb
olub.
Trend xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi
məlumat yayıb.
Hadisə nəticəsində yeddi nəfər həlak olub, 10 nəfər xəsarət
alıb. Ölənlərdən beşinin bir ailənin üzvü olduğu qeyd olunub.
Xilasedicilər ərazidə axtarış aparırlar. 17 nəfərin taleyi
barədə hələlik məlumat yoxdur.
Səlahiyyətlilərin məlumatına görə, sel və daşqına səbəb olan
yağış ölkənin 24 vilayətindən 10-na təsir edib.





























