
Bakı. Trend:
İyunun 19-da Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi
rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya
Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.
Bu barədə Trend-ə Xidmətdən məlumat verilib.
Bildirilib ki, sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron
yarımadasında, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz,
Neftçala, Salyan, Ordubad, Culfada sarı xəbərdarlığa uyğun olaraq
qısa müddətə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.





























