Advertisement

Şəkiyə dolu düşüb – Trend.Az

Bakı. Trend:

İyunun 18-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Qax, Xınalıq,
Şəki, Qusar, Qrız, Şahdağ, Yardımlı, Lerikdə şimşək çaxıb, arabir
yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, Şəki rayonu ərazisinə saat 16:30 radələrində diametri 6-8 mm
olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadası, Naxçıvan
MR-da, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti
olub.